6 C
Baku
Wednesday, January 15, 2025

BMT fələstinlilərə yardım üçün $1.2 mlrd. istəyəcək

BMT noyabrın 6-da donorlarından Qəzza zolağı və İordan çayının qərb sahili sakinlərinə təcili yardım üçün 1.2 milyard dollar istəyəcək, Banker.az bu barədə Vedomosti-yə istinadən xəbər verir.

“2.7 milyon insanın, yəni Qəzzanın bütün əhalisinin və işğal olunmuş İordan çayının qərb sahilindəki 500 min insanın ehtiyaclarının ödənilməsinin dəyəri 1.2 milyard dollar olaraq qiymətləndirilir”, – mesajda deyilir.

Oktyabrın 12-də dərc edilən ilkin müraciətdə 1.3 milyon insana kömək etmək üçün 294 milyon dollar istənilib, lakin o gündən bəri vəziyyət “daha çıxılmaz hala düşüb”, təşkilat əlavə edib. Yardıma qida, su, tibbi xidmət, mənzil və s. daxildir.

Oktyabrın 27-də BMT Baş Assambleyası ərəb ölkələrinin irəli sürdüyü İsrail və Fələstin arasındakı münaqişə zonasında dərhal atəşkəsə çağıran qətnaməni qəbul edib. O, hər iki tərəfdən mülki şəxslərə qarşı zorakılığı pisləyir, həmçinin qeyri-qanuni saxlanılan məhbusların azad edilməsinə və humanitar qanunlara riayət edilməsinə – dinc mülki hədəflərə hücum etməməyə çağırır.

Son məlumatlara görə, Fələstin-İsrail münaqişəsinin qızışması nəticəsində 10 mindən çox insan həlak olub. Qəzza İsrailin hücumları nəticəsində 9000-dən çox insanın öldüyünü, qrupun hücumundan sonra isə İsraildə 1400-ə yaxın insanın öldüyünü bildirib.

Son xəbərlər
Digər xəbərlər