8 C
Baku
Monday, November 18, 2024

BMT Haitidə humanitar böhran elan edib

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı Haitidə humanitar böhran elan edib.

Haiti aclıq, banditizm və inflyasiya fonunda vəba epidemiyası ilə mübarizə aparır. Haiti əhalisinin demək olar ki, yarısı olan təxminən 4.7 milyon insan aclıqdan və beş yaşınadək 100 mindən çox uşaq kəskin qida çatışmazlığından əziyyət çəkir ki, bu da onları vəba epidemiyasına qarşı xüsusilə həssas edir.

“Sərhədsiz Həkimlər” təşkilatının məlumatına görə, vəba simptomları olan təxminən 68 xəstə qeydə alınıb.

Pan Amerika Səhiyyə Təşkilatının (PAHO) məlumatına görə, 2010-2019-cu illər arasında Haitidə 820 mindən çox vəba hadisəsi və 10 min ölüm halı qeydə alınıb.

Cinayətkar dəstələr Haitidə humanitar böhranı daha da gücləndiriblər. İri yanacaq terminalının blokadası əksər nəqliyyatın hərəkətini dayandırıb, talan və atışma halları adi hala çevrilib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər