9 C
Baku
Thursday, December 12, 2024

BMT İranın Rusiyaya PUA verməsini araşdırır

BMT Katibliyi bir neçə ölkənin Ukraynadakı müharibədə istifadə olunması üçün İrana məxsus pilotsuz uçuş aparatlarının (PUA) Rusiyaya verilməsi ilə bağlı məlumatlarını araşdırır.

Bu barədə məlumatı təşkilatın Baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Di Karlo açıqlayıb.

Onun sözlərinə görə, katiblik araşdırmalardan sonra öz nəticələrini təqdim edəcək: “Biz İranın Rusiyaya PUA verməsi ilə bağlı Ukrayna, Fransa, Almaniya, Böyük Britaniya və ABŞ-dan məktub almışıq. Bu ölkələr sözügedən məktublarda yoxlanış aparılmasını tələb edirlər”.

Di Karlo qeyd edib ki, İranın təşkilat yanında daimi nümayəndəsi ölkəsinin Ukraynadakı müharibədə istifadə olunmaq üçün Rusiyaya PUA göndərməsini təkzib edib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər