BMT Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın nüvə silahından istifadə etməyə hazır olması ilə bağlı bəyanatlarına qarşı çıxıb.
BMT baş katibinin mətbuat katibinin müavini Fərhan Haq bildirib ki, Şimali Koreya lideri Kim Çen Inın nüvə silahından istifadə etməyə hazır olması ilə bağlı bəyanatları qəbuledilməzdir. “Biz bu cür ölümcül silahlardan istifadə ilə bağlı hər hansı ritorikaya qarşıyıq və Koreya yarımadasının dinc yolla nüvəsizləşdirilməsinə dair danışıqların bərpasına çağırmaqda davam edirik”, – beynəlxalq təşkilatın təmsilçisi Kim Çen Inın sözlərinə cavab olaraq deyib.
Qeyd edək ki, Kim Çen In Koreya müharibəsinin (1950-1953) başa çatmasının 69-cu ildönümü ilə bağlı rəsmi bəyanat yayıb. KXDR rəhbəri bəyanatda ölkəyə hücum cəhdi halında strateji nüvə silahlarından istifadə etməklə cavab müharibəsinə başlamağa hazır olduğunu bəyan edib.