BMT-nin baş katibi Antonio Quterreş 2024-cü ildə bütün ölkələri birləşməyə və fikir ayrılıqlarını aradan qaldırmağa çağırıb. O hesab edir ki, gələn il “etimadın bərpası” ili olmalıdır.
Onun fikrincə, 2023-cü il “böyük əzab, zorakılıq və iqlim xaosu ili” olub. Cənab Quterreş qeyd edib ki, insanlar “həmişə artan yoxsulluq və aclıq problemlərinin təzyiqi altındadır” və müharibələr “daha qəddardır”.
Antonio Quterreş əmindir ki, ölkələr “icmalar arasında münasibətləri zəhərləyən” ayrı-seçkiliyə və nifrətə qarşı birgə işləməlidir. Həmçinin süni intellekt kimi yeni texnologiyaların “yaxşılıq etməsini” təmin etmək lazımdır.
“2024-cü il inamın və ümidin bərpa olunduğu il olmalıdır. Biz fərqlilikləri aradan qaldırmaq və ümumi həllər tapmaq üçün birləşməliyik”, – cənab Quterreş deyib.
Daha əvvəl Hindistan Latın Amerikası, Afrika və Asiya ölkələrini daxil etməyə çağıraraq BMT Təhlükəsizlik Şurasının islahatını müdafiə edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, BMT Təhlükəsizlik Şurasının “sabitsizliyi” səbəbindən islahatlara ehtiyac var. Kreml BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruriliyi ilə razılaşıb.