BMT-nin Baş katibi dünyada atəşkəsə mane olan səbəbləri açıqladı

“Dünyada sülh və qlobal atəşkəsin təmin edilməsi yolunda iki böyük problem var: “Birincisi, inamsızlıq, ikincisi isə destruktiv qüvvələrdir”.

!RİA Novosti” xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş bildirib.

Baş katib əlavə edib ki, silahlı qarşıdurmaların çoxu daxili münaqişələrdi: “Bir çox başqa ölkələr digər ölkələrin daxili qarşıdurmalarında iştirak etməklə vəziyyəti çətinləşdirirlər”.

Quterreş atəşkəsə və pandemiya ilə mübarizəyə diqqət yetirilməsinə çağırış edib.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər