13 C
Baku
Sunday, November 27, 2022

BMT-nin baş katibi Qəzzada atəşkəs elan edilməsini alqışlayıb

BMT-nin baş katibi Antonio Quterreş Qəzza zolağında atəşkəs elan edilməsini alqışlayır və bütün tərəfləri buna hörmət etməyə çağırır.

Bu barədə təşkilat rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“Baş katib Qəzza və İsraildə atəşkəs elan edilməsini alqışlayır və bütün tərəfləri atəşkəsə əməl etməyə çağırır”, – deyə Düjarrik bildirib.

Qeyd olunur ki, Quterreş Misirə atəşkəsi bərpa etmək üçün BMT ilə koordinasiyalı səylərinə görə təşəkkür edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X