BMT-nin baş katibi Antoniu Quterriş aprelin 28-də Ukraynaya səfər edəcək.
Bu barədə baş katibin ofisindən açıqlama verilib.
Bildirilir ki, Quterriş Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək və prezident Volodimir Zelenski tərəfindən qəbul olunacaq.
O da vurğulanıb ki, baş katib Ukraynada fəaliyyət göstərən ümumdünya təşkilatının əməkdaşları ilə görüşəcək. Onlar ölkə əhalisinə humanitar yardımın genişlənməsini müzakirə edəcəklər.
Qeyd edək ki, daha əvvəl Antoniu Quterrişin aprelin 26-da Moskvaya səfərə yollanacağı və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcəyi, eləcə də prezident Vladimir Putin tərəfindən qəbul olunacağı açıqlanıb.