6 C
Baku
Wednesday, January 15, 2025

BMT-nin Burkina-Fasodakı nümayəndəsi arzuolunmaz şəxs elan edilib

Burkina-Faso hökuməti BMT-dəki nümayəndəsi Barbara Mantsini arzuolunmaz şəxs elan edib.

Bu barədə “Burkina 24” xəbər portalı məlumat yayıb.

Mantsi dekabrın 23-dək Burkina-Faso ərazisini tərk etməlidir. BMT nümayəndəsinin ölkədən çıxarılmasının səbəbləri açıqlanmayıb.

Barbara Mantsi BMT-nin Baş katibi Antonio Quterreş tərəfindən 2021-ci ilin avqustunda təşkiların Burkina-Faso üzrə koordinatoru vəzifəsinə təyin edilib. Ona BMT-nin humanitar məsələlər üzrə nümayəndəsinin vəzifələri də həvalə edilib.

Bundan əvvəl məlum olub ki, Burkina-Faso hakimiyyəti casusluq fəaliyyətinə görə saxlanılan iki Fransa vətəndaşını ölkədən çıxarıb.

Son xəbərlər
Digər xəbərlər