-1 C
Baku
Sunday, December 15, 2024

BMT-nin qlobal işsizliklə bağlı məyusedici proqnozu açıqlanıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzdində fəaliyyəti göstərən Beynəlxalq Əmək Təşkilatı, demək olar ki, yarım milyard insanın işsiz olduğunu bildirib.

Banker.az xəbər verir ki, qeyd edildiyi kimi, bu gün dünyada 470 milyon çox insan işsizdir və bu, qlobal işçi qüvvəsinin 13%-dir. Təşkilat bildirir ki, qlobal işsizlik son on ildə müqayisədə sabit qalıb. Bununla belə, sosial iğtişaşların əsas səbəbi layiqli iş yerlərinin çatışmazlığı olduğu göstərilir.

Mütəxəssislər iqtisadiyyatın yavaşlaması ilə iş yerlərinin sayının azalacağını və müvafiq olaraq işsizlərin ümumi sayının artacağını gözləyirlər. Təşkilat 2020-ci ildə rəsmi olaraq qeydiyyata alınan işsizlərin sayının 2019-cu il ildəki 188 milyona qarşı 190,5 milyona çatacağını proqnoz edir.

“Oxford Economics” tədqiqat şirkətinin verdiyi məlumata görə, on ildən sonra 20 milyon çox iş yerini robotlar tutacaq. Söhbət dünya bazarının 8,5%-dən gedir.

Şirkətdə qeyd edilir ki, 2000-ci ildən bəri istifadə edilən robotların sayı üç dəfə artıb – 2,25 milyona qədər. Robotlaşma və avtomatlaşma sənaye sahəsində 1,7 milyon iş yerlərini ixtisar edib: 400 min Avropada, 260 min ABŞ-da və 550 min Çində.

Son xəbərlər
Digər xəbərlər