BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, nüvə münaqişəsi perspektivi artıq uzaqda görünmür.
Banker.az xəbər verir ki, ölkələrə münaqişə və fikir ayrılıqlarının sülh yolu ilə həlli üçün bir daha dialoq qurmağı tövsiyə edib.
Donetskdə partlamış raketdən xəbər tutan baş katib qeyd edib ki, mülki şəxslərə qarşı istənilən hücum ancaq təəssüf doğurur. Rusiya və Ukrayna “diplomatiya və sülh yolu tutmalıdırlar” deyə mütəxəssis vurğulayıb.
Quterreş hər gün vüsət alan münaqişənin nüvə münaqişəsinə çevriləcəyindən ehtiyat edir. Baş katib jurnalistlərlə görüşdə deyib: “Əvvəllər ağlasığmaz olan nüvə münaqişəsi perspektivi indi mümkün sferasına qayıdıb”. O qeyd edib ki, Ukraynada nüvə obyektlərinin mühafizəsi və təhlükəsizliyinə ciddi yanaşmaq lazımdır.
Ukraynada keçirilən hərbi əməliyyatlar zamanı Rusiya prezidenti Vladimir Putin NATO ölkələrinin təhdidlərinə cavab olaraq çəkindirici qüvvələrin (o cümlədən nüvə qüvvələrinin) xüsusi döyüş növbətçiliyi rejiminə keçirilməsi barədə göstəriş verib.
Bundan əvvəl Rusiya, ABŞ, Çin, Fransa və Böyük Britaniya nüvə müharibəsinin yolverilməzliyi ilə bağlı birgə bəyanat yayıb. Nüvə silahına malik olan ölkələrin liderləri razılaşıblar ki, lazım gələrsə, bütün tərəflər dialoqa açıq olacaq və bunu bir-birinin maraqlarını nəzərə alaraq, hörmətlə aparacaq.