BMT Qərb ölkələrini səfirliklərini Əfqanıstana qaytarmağa çağırıb.
Bu barədə BMT-nin Əfqanıstandakı xüsusi nümayəndəsinin müavini Markus Potsel deyib.
“Qərbin Əfqanıstanda, o cümlədən terrorizmə və qanunsuz narkotik ticarəti ilə mübarizə maraqları var”, – o əlavə edib.
Onun sözlərinə görə, buna görə də Qərb ölkələri nümayəndəliklərini Kabilə qaytarmalıdır.
“Daha çox Qərb ölkəsini burada bir daha təmsil olunmağa çağırıram”, – Potsel deyib. O əlavə edib ki, bu da respublikadakı vəziyyətin qiymətləndirilməsinin yaxşılaşdırılmasına kömək edəcək.
Markus Potsel həmçinin Əfqanıstana təcili yardımın kifayət olmadığını vurğulayıb.