Birləşmiş Millətlər Təşkilatı (BMT) yeni bir təhlükə elementinə diqqət çəkib.
Banker.az xəbər verir ki, BMT baş katibinin siyasi məsələlər üzrə köməkçisi Rozmari di Karlo BMT Təhlükəsizlik Şurasında keçirdiyi brifinqdə rəqəmsal texnologiyaların həyatın bütün sahələrində qeyri-məhdud imkanlar təqdim etməklə yanaşı, həm də yeni risklər yaratdığını bildirib.
Karlo narahatlığını belə ifadə edib: “Həm dövlət, həm də qeyri-dövlət subyektləri tərəfindən siyasi və hərbi məqsədlər üçün rəqəmsal texnologiyaların istifadəsi 2015-ci ildən bəri təxminən 4 dəfə artıb. Eyni zamanda, ölümcül avtonom silahlar güc tətbiqində insan məsuliyyəti ilə bağlı suallar doğurur”.
Di Karlo, insan müdaxiləsi olmadan insanların həyatına son qoyan alətlərin “siyasi baxımdan qəbuledilməz və əxlaqi baxımdan iyrənc” olduğunu və bu alətlərin beynəlxalq hüquqla qadağan edilməli olduğunu bildirib.