BMT-nin Ümumdünya Ərzaq Proqramı (BMT ÜƏP) aprel və sentyabr ayları arasında Somaliyə humanitar yardım göstərmək üçün 228 milyon dollar toplamaq niyyətində olduğunu açıqlayıb.
“Somalidə qida çatışmazlığı yüksək olaraq qalır: 2024-cü ildə 5 yaşa qədər olan 1,7 milyon uşağın kəskin qida çatışmazlığı ilə üzləşəcəyi, o cümlədən 430 min uşağın həyat üçün təhlükə yaradan kəskin qida çatışmazlığı ilə üzləşəcəyi gözlənilir”, – agentliyin hesabatında deyilir.
Vurğulanıb ki, ölkədə ümumilikdə 3,4 milyon insan kəskin ərzaq çatışmazlığı ilə üzləşir.
Yeri gəlmişkən, BMT ÜƏP qaçqınlara, sığınacaq axtaranlara və repatriantlara (ölkəsinə geri göndərilənlərə – red.) effektiv dəstək göstərmək üçün BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə tərəfdaşlıq sazişi imzaladığını bildirib.