BMT Təhlükəsizlik Şurası yanvarın 12-də Ukraynadakı vəziyyəti müzakirə edəcək.
Bunu Təhlükəsizlik Şurasına sədrlik edən Yaponiyanın daimi nümayəndəsi Kimihiro İşikane bildirib.
“Şübhəsiz ki, bu müzakirə və ya açıq debat zamanı buna toxunulacaq və ya müzakirə olunacaq”, – Kimihiro İşikane beynəlxalq sülh və təhlükəsizlik üzrə nazirlərin görüşündə Ukrayna məsələsinin qaldırılıb-qaldırılmayacağı sualına cavab olaraq bildirib.
O, həmçinin qeyd edib ki, Ukraynadakı vəziyyətin müzakirəsi bu görüşlə məhdudlaşmayacaq.