14 C
Baku
Tuesday, November 4, 2025

BMT TŞ iyulun 25-də Ukrayna ilə bağlı iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası (TŞ) qurumun cədvəlinə uyğun olaraq iyulun 25-də Ukraynadakı vəziyyətlə bağlı iclas keçirəcək.

Bu haqda TASS BMT-dəki diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Sloveniya, Danimarka, Fransa, Yunanıstan, Koreya Respublikası və Böyük Britaniya Ukrayna məsələsi ilə bağlı Təhlükəsizlik Şurasının iclasının keçirilməsini tələb ediblər.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər