BMT Təhlükəsizlik Şurası (TŞ) BMT-nin Malidəki sülhməramlı missiyasının fəaliyyətini dayandıran qətnamə qəbul edib.
O, BMT-nin Malidəki missiyasının mandatının iyunun 30-da başa çatmasına qərar verib. Missiyanın geri çəkilməsi iyulun 1-də başlayacaq və 31 dekabr 2023-cü ilə qədər tamamlanmalıdır.
BMT-nin Malidəki missiyasının işinə ölkə hakimiyyətinin təşəbbüsü ilə xitam verilir.