6 C
Baku
Sunday, December 15, 2024

BMT TŞ-nin yeni müvəqqəti üzv ölkələrinin fəaliyyətləri başlayıb

BMT Təhlükəsizlik Şurasının yeni müvəqqəti üzv ölkələrinin fəaliyyətləri başlayıb.

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında baş tutmuş mərasimdə yeni üzv ölkələrin daimi nümayəndələrinin iştirakı ilə ölkələrin bayraqları BMT TŞ-nin ərazisində yerləşdirilib.

Belə ki, Albaniya, Braziliya, Qabon, Qana və Birləşmiş Ərəb Əmirliklərinin mandatı başa çatdıqdan sonra BMT Baş Assambleyasında səsvermə yolu ilə seçilmiş yeni üzvlər – Əlcəzair, Qayana, Cənubi Koreya, Sierra Leone və Sloveniya 1 yanvar 2024-cü il və 31 dekabr 2025-ci il tarixləri arasında BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Çin, Fransa, Rusiya, Böyük Britaniya və ABŞ-nin daimi üzv olduğu BMT TŞ-də iki illik müddətə seçilən 10 müvəqqəti üzv var. Müvəqqəti üzvlərdən 5-i hər il yenilənir.

Son xəbərlər
Digər xəbərlər