12 C
Baku
Friday, January 31, 2025

BMT TŞ noyabrın 21-də Şimali Koreya ətrafında vəziyyəti müzakirə edəcək

BMT Təhlükəsizlik Şurası noyabrın 21-də keçiriləcək iclasında KXDR ətrafında vəziyyəti müzakirə edəcək.

Bu barədə Təhlükəsizlik Şurasının cümə günü yayılan proqramında deyilir.

KXDR üzrə müzakirələr Bakı vaxtı ilə saat 19:00-dan sonra planlaşdırılır.

Məsələyə baxılması təşəbbüsü Qərb dövlətlərinin olub.

Şimali Koreya cümə günü səhər saatlarında Yaponiya tərəfindən qitələrarası raket kimi təsnif edilən raket buraxıb.

Son xəbərlər
Digər xəbərlər