BMT Təhlükəsizlik Şurası iyunun 23-də Ukrayna ilə bağlı iclas keçirəcək.
Görüş saat 10:00-a təyin edilib.
BMT katibinin siyasi məsələlər üzrə müavini Rozmari DiKarlonun Təhlükəsizlik Şurasında məruzə ilə çıxış edəcəyi gözlənilir.
Keçən həftə o, Moskvaya səfər edib, burada Rusiya Federasiyası xarici işlər nazirlərinin müavinləri Sergey Ryabkov və Sergey Verşinin, Rusiya Federasiyası Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin Asiya üzrə İkinci Departamentinin direktoru Zamir Kabulovla görüşüb.