23 C
Baku
Monday, September 16, 2024

BMT Türkiyə üçün $1 mlrd. toplamağa çağırıb

BMT-nin baş katibi Antonio Quttereş Türkiyədə zəlzələdən zərər çəkənlərə humanitar yardım göstərmək üçün 1 milyard dollar toplamağa çağırıb. Onun sözlərinə görə, elan edilən məbləğ üç ay üçün kifayət edəcək və bu, 5.2 milyon insanı dəstəkləyəcək.

“Ehtiyaclar böyükdür, insanlar əziyyət çəkirlər və vaxt itirmək olmaz. Mən beynəlxalq ictimaiyyəti dövrümüzün ən böyük təbii fəlakətlərindən birinə qarşı bu kritik cavab səylərini gücləndirməyə və tam maliyyələşdirməyə çağırıram”, – Quttereş söyləyib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Fevralın 6-na keçən gücə Türkiyədə 7.7 bal gücündə zəlzələ baş verib, həmin gün günorta saatlarında daha bir neçə yeraltı təkan baş verib. Suriyada da zəlzələ qeydə alınıb. Son məlumatlara görə, hər iki ölkədə ölənlərin sayı 40 mini keçib. Dünən, fevralın 16-da axşam saatlarında Türkiyənin cənubunda 5.1 bal gücündə zəlzələ qeydə alınıb, bir neçə bina dağılıb. Suriyada da 5.4 bal gücündə yeraltı təkanlar hiss olunub.

Son xəbərlər
Digər xəbərlər