8 C
Baku
Sunday, November 17, 2024

BMT, Türkiyə və Ukrayna taxıl dəhlizini Rusiyasız davam etdirmək qərarına gəlib

Rusiya oktyabrın 29-da Krımdakı Sevastopol hərbi dəniz bazasına hücumu əsas gətirərək “Taxıl dəhlizi” sazişini dayandırdığını elan etsə də, BMT, Türkiyə və Ukrayna Rusiya olmadan dəhlizdən istifadəni davam etdirməyə qərar verib.

Oktyabrın 30-na keçən gecə Ukraynadan taxılla yüklənmiş daha 12 gəmi yola düşüb. Rusiya marşrutun birtərəfli daşımalara bağlandığını bildirərək “dəhlizdən istifadə edəcək gəmilərin hədəf ola biləcəyi” barədə xəbərdarlıq edib.

Davam etmək qərarı İstanbuldakı Birgə Koordinasiya Mərkəzi tərəfindən qəbul edilib.

“Rusiyanın Qara dəniz sularını özəlləşdirməyə haqqı yoxdur. Məlum olduğu kimi, taxıl müqaviləsi iki ayrı sənəddən ibarətdir. Birincisi, Türkiyə, BMT və Rusiyanın imzaladığı müqavilədir. İkincisi, Türkiyə, BMT və Ukraynanın imzaladığı sənəddir. Dolayısıyla, Ukrayna Qara dənizin sularından istifadə etmək üçün Rusiyaya heç bir səlahiyyət verməyib. Bu məqamda razılaşmanın təminatçısı sayılan BMT və Türkiyənin qərar verməsi lazımdır”, – deyə Ukrayna hökuməti bildirib.

Tərəflər qərara gəliblər ki, Rusiya ilə razılaşma Ukrayna ilə razılaşma ilə əlaqəli deyil və dəhlizin davam etdirilməsi barədə razılığa gəlinib.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər