10 C
Baku
Thursday, December 12, 2024

BMT: “Türkiyəyə zəlzələdən dəymiş ziyan 100 mlrd. dolları keçəcək”

Türkiyəyə zəlzələdən dəymiş ziyan 100 milyard dollardan çox olacaq, bu barədə BMT-nin İnkişaf Proqramının Türkiyədəki rəsmi nümayəndəsi Luiza Vinton bildirib.

“Bu günə qədər aparılan hesablamalardan aydın olur ki, Türkiyəyə dəymiş ziyan 100 milyard dolları keçəcək”, – deyə Luiza Vinton söyləyib.

Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

Vinton qeyd edib ki, ən çox zərər Hatay vilayətinə dəyib, orada yüz minlərlə ev dağılıb. O, bu vəziyyəti “apokaliptik” adlandırıb.

Fevralın sonunda Dünya Bankı zəlzələlərin Türkiyə iqtisadiyyatına vurduğu ziyanı 34.2 milyard dollar kimi qiymətləndirib. Təşkilat qeyd edib ki, davam edən afterşoklara görə məbləğ arta bilər. Bundan başqa, hesabatda təbii fəlakətin bərpası və nəticələrinin aradan qaldırılmasının Ankaraya iki dəfə baha başa gələcəyi istisna edilmir.

Fevralın 6-da Türkiyənin cənub-şərqində və Suriyanın şimalında 7.8 bal gücündə zəlzələ  qeydə alınıb. Ümumilikdə, zəlzələ ölkənin 10 regionunu əhatə edib. Ən güclü zəlzələdən sonra 3170 afterşok baş verib. Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 46 104 nəfərə çatıb.

Son xəbərlər
Digər xəbərlər