25 C
Baku
Saturday, July 27, 2024

BMT Ukrayna məsələsinin “yeganə həlli yolu”nu adlandırıb

BMT-nin baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari DiKarlo təşkilatın Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Ukrayna üzrə əsas oyunçuların fikir ayrılıqlarını aradan qaldırmağın yeganə yolu danışıqlardır.

Banker.az xəbər verir ki, “Biz son hadisələrin mövcud danışıqlar çərçivəsində nəticələrindən son dərəcədə narahatıq. Mövcud risklər və qeyri-müəyyənlik şəraitində dialoqa qoşulmaq daha vacibdir”, – deyə Rozmari DiKarlo söyləyib.

“Danışıqlar Təhlükəsizlik Şurasının 2202 saylı qətnaməsinə uyğun olaraq, regional təhlükəsizlik və Ukraynanın şərqində münaqişələrin həlli üzrə əsas oyunçular arasında mövcud fikir ayrılıqlarını aradan qaldırmağın yeganə yoludur”, deyə müavin əlavə edib.

Son xəbərlər
Digər xəbərlər