5 C
Baku
Saturday, December 14, 2024

BMT: Ukraynada fevralın 24-dən bəri 8 mindən çox dinc sakin həlak olub

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının İdarəsi Ukraynada mülki əhalinin itkiləri ilə bağlı statistikanı yeniləyib. 27 fevralın 2023-cü il tarixinə olan məlumata görə, ölkədə hərbi əməliyyatlar başlayandan indiyədək 8101 mülkü şəxs həlak olub.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Ölənlər arasında 31 azyaşlı uşaq var. Donbasda qurbanların sayı 3714 nəfər təşkil edir, 5202 nəfər yaralanıb.

BMT materialında deyilir: “Mülki itkilərin səbəbi geniş məhvetmə radiusuna malik partlayıcı silahlar olub”.

BMT-nin məlumatına görə, 22 fevralın 2023-cü il tarixinə Ukraynanın 8 milyondan çox vətəndaşı müharibə səbəbindən ölkəni tərk etmək məcburiyyətində qalıb. Ukraynalı qaçqınların əksəriyyəti Polşadadır – 1.5 milyon nəfər.

Son xəbərlər
Digər xəbərlər