10 C
Baku
Wednesday, December 11, 2024

BMT Ukraynada hərbi əməliyyatları dərhal dayandırmağa çağırdı

BMT-yə üzv olan 193 dövlətdən 54-ü Rusiyanın Ukraynadakı hərbi əməliyyatına qarşı bəyanatı imzalayıb.

Bu barədə Ukraynanın təşkilatdakı daimi nümayəndəsi Serqey Kislitsa Təhlükəsizlik Şurasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

Onların arasında Avstraliya, Avstriya, Belçika, Kanada, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, İtaliya, Yaponiya, Latviya, Litva, Moldova, Cənubi Koreya, Türkiyə, ABŞ, İngiltərə və s. var.

Bu bəyanatda BMT-yə üzv ölkələr Rusiyanı Ukraynada hərbi əməliyyatları dərhal dayandırmağa çağırıblar.

Qeyd edək ki, fevralın 24-də Rusiya Ukraynada genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.

 

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər