6 C
Baku
Sunday, December 15, 2024

BMT Ukraynada öldürülən dinc sakinlərin sayını açıqlayıb

BMT Ukraynada öldürülən dinc sakinlərin sayını açıqlayıb.

Məlumatlar BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının hesabatında təqdim edilib.

Qeyd edilir ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi zamanı artıq 3 838 nəfər həlak olub.

“BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi nəticəsində 3 838 nəfərin öldüyünü və 4 351 dinc sakinin xəsarət aldığını təsdiqləyib. Bunlar fevralın 24-dən mayın 19-u gecə yarısına qədər olan məlumatlardır”, – komissarlıqdan bildirilib.

Bildirilir ki, mülki əhali arasında itkilərin əksəriyyətinə geniş mənzilli partlayıcı silahlar, o cümlədən ağır artilleriya və çoxsaylı reaktiv yaylım atəşi, həmçinin raket və hava zərbələri səbəb olub.

 

 

Son xəbərlər
Digər xəbərlər