3 C
Baku
Saturday, December 14, 2024

BMT: Ukraynadakı hadisələrə görə 1.7 mlrd. insanı yoxsulluq gözləyir

Ukraynadakı müharibə yerli əhali üçün “qorxulu kabus və humanitar fəlakətə” çevrilsə də, bu vəziyyət bütün dünyada milyonlarla insana təsir göstərəcək.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Bunu Beynəlxalq Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quttereş deyib. Onun sözlərinə görə, Ukrayna-Rusiya müharibəsi səbəbindən təxminən 1.7 milyard insan yoxsullaşa bilər.

“Ukraynadakı hərbi münaqişə inkişaf etməkdə olan dünyaya hücuma çevrilib. Böhran 1.7 milyard insanı yoxsulluq və aclığa sürükləyə bilər”, – deyə Quttereş söyləyib.

Baş katib xatırladıb ki, Rusiya və Ukrayna dünyadakı buğda və arpanın 30%-ni, qarğıdalının 20%-ni, günəbaxan yağının isə yarıdan çoxunu istehsal edir. Onun fikrincə, “bu iki ölkənin taxılı dünyanın ən yoxsul insanlarını qıdalandırır”. Rusiya və Ukrayna tarlalarında yetişdirilən buğdanın həcminin üçdə biri Afrikanın ən zəif inkişaf etmiş 45 ölkəsinə idxal olunur.

Ukraynadakı hərbi münaqişə kənd təsərrüfatı məhsullarının və enerjinin qlobal ixracına mane olur, bu da qiymətin kəskin artmasına gətirib çıxarır.

Son xəbərlər
Digər xəbərlər