Rusiyanın hərbi müdaxiləsi başlayandan indiyədək 5 milyondan çox Ukrayna vətəndaşı ölkəni tərk edib.
Məlumatı BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığı yayıb.
Məlumata görə, 2,8 milyondan çox ukraynalı Polşaya, 757 mindən çox Rumıniyaya, 471 mindən çox Macarıstana, 342 mindən çox Slovakiyaya, 426,9 mindən çox isə Moldovaya sığınıb.