24 C
Baku
Friday, April 26, 2024

BMW haqqında maraqlı faktlar

Loqo haqqında

BMW şirkəti loqosunu öz “valideynlərindən”-  Rapp Motorenwerke şirkətindən varis almışdır. Loqonun dairəsi ağ və mavi rənglərə boyanmışdılar. Bu rənglər Bavariyanın rəmzləri hesab edilirlər. BMW şirkətinin mərkəzi də Bavariyada yerləşir. Daha sonra BMW-nin marketoloqları belə bir əfsanə yaradırlar ki, guya loqoda səmanı yaran təyyarənin stilizə edilmiş ağ propelleri əks olunub. Məsələ bundadır ki, ilkin olaraq BMW təyyarə mühərrikləri istehsal etmək üçün yaradılmışdır. 10 ildən sonra isə şirkət avtomobillər istehsal etməyə başlayır. 

Modellərin adları

BMW şirkəti öz rəqibləri Audi və Mersedes kimi öz avtomobil modellərinə ad vermək üçün adi adlardan deyil, rəqəmlərdən istifadə edir.

Adətən, BMW-nin modellərinin 3 ədədli rəqəmləri olur.

İlk ədəd seriya nömrəsini göstərir (1, 3, 5, 7). Bu ədəd nə qədər böyük olarsa, avtonun sinfi bir o qədər yüksək olur. Modelin növbəti iki ədədi ənəvəvi olaraq 10-a vurulmuş litrlərdə mühərrikin həcmini göstərir. Əlbətdə, hər bir qaydada istisnalar olur. Bəzən elə olurdu ki, modelin nömrələrində uyğunsuzluq müşahidə olunurdu.

BMW modellərinin adlarında hərfi indekslərdən də istifadə olunur. Bu işarələr avtomobilin digər xüsusiyyətlərinin rəmzləridirlər. Məsələn:

«d»- dizel deməkdir.
«М»- Motorsport deməkdir.
«x»- xDrive — tam ötürücülü.
Sedan sinfi üçün «L»- uzunluq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər