26 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

BMW-nin yeni iDrive sistemli iX modeli bu ilin sonuna kimi satışa çıxarılacaq

Screen Shot 2021 09 02 at 14.34.20

Almaniyada yerləşən avtomobil istehsalçısı BMW, elektrikli SUV modeli iX-in yeni iDrive texnologiyasının əvvəlcədən izləməsini izləyiciləri ilə bölüşüb. 

Banker.az xəbər verir ki, BMW-nin verdiyi açıqlamaya görə, yeni iDrive analog və rəqəmsal texnologiyanı “eyni qazanda əritməyi” hədəfləyir. 

bmw idrive

Əlbətdə ki, rəqəmsal və analoq qarışıq olsa da, ortada rəqəmsal ekran var. Bu rəqəmsal ekran həm idarəetmə panelini, həm də əyləncə ekranını ehtiva edir. Yuxarıdakı şəkildən də göründüyü kimi sözügedən rəqəmsal ekran olduqca böyükdür.

Bəs bu BMW-dən olan iDrive texnologiyası nədir? Əslində iDrive olduqca köhnə bir texnologiyadır. Bu texnologiyanın ilk prototipi 1999-cu ildə çıxarılıb və 2001-ci ildə BMW E65 ilə istifadəçilərə təqdim edilib. İDrive-ın məqsədi bir sıra funksiyaları vahid idarəetmə arxitekturasına birləşdirmək idi.

Yeni iDrive sistemi olan iX nə vaxt satışa təqdim olunacaq? Bu məsələ ilə bağlı hələ dəqiq bir məlumat olmasa da, 2021-ci ilin sonuna qədər satışa təqdim ediləcəyi təxmin edilir.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər