23 C
Baku
Monday, April 15, 2024

BNA-dan İsgəndər Xəlilovun şirkətinə sifariş: Xaricdən Azərbaycana gətirəcək

Bakı Nəqliyyat Agentliyi “CIG Azerbaijan” MMC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə nəqliyyat vasitəsinin istehsalçıdan istehlakçıya çatdırılması nəzərdə tutulur.

BNA buna görə “CIG Azerbaijan” MMC-yə 77 min manat ödəyəcək.

“Caspian Impex Group Azerbaijan” – “İSR Holdinq”ə daxil olan şəxsi yük maşınları parkına sahib olan beynəlxalq dəniz, avtomobil və hava nəqliyyatı xidmətləri göstərən ekspeditor və logistika şirkətidir. İsgəndər Xəlilov Azərbaycan, Rusiya və Türkiyədə şirkətlərə sahibdir və Azərbaycanda tanınan “ISR Holding”in təsisçisidir.

“CIG Azerbaijan” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1000 manatdır və qanuni təmsilçisi Vəfa Fəttayevadır.

 

Son xəbərlər
Digər xəbərlər