İsgəndər (İskəndər) Xəlilov – sahibkar, “ISR Holding” MMC-nin təsisçisi, “Tərəqqi” medalı laureatı, Azərbaycan diasporunun nümayəndəsi.
1955-ci il dekabrın 9-da Bakı şəhərində anadan olmuşdur.
1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, 1984-cü ildə isə Moskva Hüquq Akademiyasını bitirmişdir. Bir müddət Bakı şəhərinin müəssisələrində ixtisası üzrə işləmişdir.
1988-ci ildən 1991-ci ilə qədər “LUKoyl” şirkəti prezidentinin məsləhətçisi olmuşdur.
1991-ci ildə “LUKoyl” – Azərbaycan” Neft Şirkətinin direktorlar şurasının sədri seçilmişdir.
1996-cı ildən 2000-ci ilə qədər “LUKoyl”- Türkiyə” nümayəndəliyi İdarə Heyətinin rəhbəri olmuşdur.
2000-ci ildə “Slavneft”in Neft-qaz şirkətində fəaliyyətə başlamışdır. “Slavneft”in İdarə Heyətinin uzvu, xarici iqtisadi fəaliyyət və inkişaf üzrə vitse-prezidenti olmuşdur.
2003-cü ilin fevralından “LUKoyl” Oversiz Holdinq LTD”-nin beynəlxalq fəaliyyət üzrə vitse-prezidenti işləmişdir.
Geologiya mineralogiyaelmləri doktorudur. Rusiya, MDB olkələri və uzaq xarici olkələrdəki neft biznesi ilə bağlı olan, peşəkar dairələrlə geniş işguzar əlaqələri var.
2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə “Tərəqqi” medalı ilə təltif edilmişdir.