-1 C
Baku
Saturday, December 14, 2024

BNA milyon manata yaxın məbləğdə olan lövhələri nə üçün alır?

Bakının nəqliyyat infrastrukturuna nəzarət edən “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxs ortalama hər biri 1 840 manata olan lövhələr alır.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Belə ki, BNA düz bir öncə (2018-in dekabrında yaradılıb) dövlət qeydiyyatına alınan “MG CONSTRUCTION” MMC adlı  şirkətlə 920 000 manatlıq satınlama müqaviləsi imzalayıb.

Şirkətlə bağlanan müqavilənin predmeti olaraq piyadalar üçün istiqamət göstərici lövhələrin alınması və quraşdırılması xidmətinin həyata keçirilməsi nəzərdə tutulur.

Digər əldə olunan məlumata görə, ümumilikdə 500 lövhə alınması nəzərdə tutulub.

 

 

 

Son xəbərlər
Digər xəbərlər