Bakı Nəqliyyat Agentliyi (BNA) svetoforların quraşdırılması və müvafiq avadanlıqlar və materialların tədarükü üçün şirkət seçir. Bu barədə cəmiyyətin elanında deyilir.
Seçim açıq tender metodu ilə keçirilir. Tenderdə iştirak haqqı 1000 manatdır.
Tender svetofor məntəqələri üzrə işləri, yeni svetofor sahələrinin qurulması üçün avadanlıqlar, mal-materiallar və quraşdırma xidmətlərinin satın alınmasını və bütün avadanlıqlara 12 aylıq texniki xidmət göstərilməsini əhatə edir.
Tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tender təklifləri 18 aprel saat 12:00-dək qəbul olunur. Tender proseduru aprelin 19-u saat 12:00-da baş tutacaq.
Telefon: (+99 412) 404-41-20 (daxili 2185), əlaqələndirici şəxs – Tural Mahmudov.
Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.