Bob Farrell kifayət qədər məşhur şəxs olmasa da, fond bazarında bir o qədər çox təcrübəyə malikdir. O Manhattan College-də “İqtisadiyyat və maliyyə” üzrə bakalavr, daha sonradan isə Columbia University də “Maliyyə” sahəsində magistr dərəcəsi əldə etmişdir. Onun birja ticarəti sahəsində 40 ilə yaxın təcrübəsi mövcuddur ki, bu illərin də çoxunu Merrill Lynch şirkətində baş analitik olaraq keçirmişdir. Bob Farrell Wall Street-də ən çox hörmət edilən analitiklərdən biri hesab olunur. Aşağıda bu təcrübəli analitik və treyderin birja ticarəti üçün təyin etdiyi əsas qaydaları təqdim edirik:
- Zamanla bazar orta həddə geri dönür. Hətta uzun müddətli artım və yaxud indeksin uzun müddət enməsi müşayiət edildikdə belə, qiymət gec və yaxud tez geri dönəcək və əks istiqamətdə getməyə başlayacaq. Kütlənin münasibətini dəyişmək üçün aylar, illər və hətta 10 illər tələb oluna bilər. Lakin bu mütləq baş verəcək. Bazar daim eyni istiqamətdə hərəkət edə bilməz.
- Bir istiqamətdə yaranan artıq əks istiqamətdə də artığın yaranmasına səbəb olacaq. Bu bir növ yelləncək effektini xatırladır: yelləncəyi arxa tərəfə nə qədər çox gərsəniz, əks tərəfə də bir o qədər çox yellənəcək.
- Alış-verişlərin əksəriyyəti vəziyyət pik həddə çatanda, minimumu isə vəziyyət “dibdə” olduqda edilir. Bu o deməkdir ki, ətrafdakı hər kəs alışa köklənibsə deməli dönüş anı yaxınlaşır. Və əksinə: əgər hər kəs həddindən artıq pessimist ruhludursa, tezliklə qiymət artmağa başlayacaq.
- Qorxu və hərislik uzun müddətli planlardan güclüdür. Hadisələrin gözlənilməz dönüşü treyderi çaşqınlıq içərisində qoyduqda o həyəcan halında səhv qərarlar verir. Bu hallara isə kifayət qədər çox rast gəlinir.
- Bazar geniş olduğu müddətcə güclüdür. Genişlik və həcm vacib amildir. Trendin etibarlılığı və gücü ticarətin həcmi və bazarın genişliyi ilə düz mütənasibdir.
- “Ayı” bazarlarının 3 mərhələsi var: qəfil enmə, artım və ləng uzun müddətli enmə. Qəfil enmədən sonra treyderlər çox vaxt geri dönüş və kiçik artım ilə reaksiya verirlər.
- Əgər bütün analitiklərin fikirləri üst-üstə düşsə, onların proqnoz verdikləri baş verməyəcək. Burada ticarət strategiyası bazar strategiyasına qarşı gedir: hər kəsin məmnun olduğu zirvə anında satmaq və hər şey “dibdə” olarkən almaq.
- İnkişaf edən bazar, enən bazardan daha xoş təsirlidir. Bu isə aydın məsələdir.