25 C
Baku
Friday, April 19, 2024

Bocconi universiteti

İtaliyanın Milan şəhəri nəinki özünün dəb mərkəzləri ilə, həmçinin məşhur və prestijli Bocconi universiteti ilə də populyardır. Bocconi universiteti əsas olaraq “İqtisadiyyat” və “Maliyyə” ixtisasları üzrə təqdim etdiyi diplomalara görə yüksək qiymətləndirilir. SDA Bocconi biznes çəktəbi isə Avropanın ən yaxşı biznes məktəblərinin 10-luğuna daxildir. Bocconi universitetinin əcnəbi tələbələr üçün əlavə cəlbedici cəhəti tək italyan dilində deyil, ingilis dilində də tədrisin aparılması, həmçinin təqaüdün əlçatanlığıdır.

Bocconi universitetinin yaranma tarixçəsi:

Kökləri orta əsrlərə gedib çıxan İtaliyanın Baloniya və Padua universitetləri ilə müqayisədə Bocconi universoteti hələ çox gəncdir. Universitet 1902-ci ildə açılmışdır. Milan şəhərinin bu universitetinin tam adı “Luigi Bacconi adına kommersiya universiteti”-dir.

Universitet məşhur biznesmen və xeyriyyəçi Ferdinand Bocconi-nin oğlunun şərəfinə belə adlandırılmışdır. Qeyd edək ki, universitet də həmçinin həmin biznesmenin maliyyələşdirməsi sayəsində yaradılmışdır. Sahibkar 1 mart 1986-cı ildə Adua yaxınlığında gedən döyüşlərdə həlak olmuş oğlunun adını şərəfləndirmək və yaşatmaq qərarına gəlmişdi. Bu döyüşlərdə İtaliya Efiopiyaya tam məğlub olaraq 11 mindən çox insan qurban vermişdi.

Ferdinand Bocconi tərəfindən yaradılan universitet italyan iqtisadiyyatını irəli çəkə bilən mütəxəssislərin yetişdirilməsi məqsədilə yaradılır. Universitet həmçinin real dünya, innovasiyalar və intellektual azadlıq prinsipləri əsasında təşkil edilmişdir. Bu İtaliyada məzunların iqtisadçı diplomu əldə etdiyi ilk təhsil müəssisəsi idi.

Bocconi universitetində iqtisadiyyat, menecment və digər ixtisaslar üzrə bakalavr, magist, və elmlər doktoru (PhD) dərəcəsi almaq mümkündür. MBA diplomuna isə SDA Bocconi biznes məktəbində təhsil almaqla əldə edə bilərsiniz. Bundan əlavə, universitet ixtisasın artırılması və biznesin müxtəlif növləri üzrə yüzlərlə proqram təklif edir.

Son xəbərlər
Digər xəbərlər