Fransanın lüks məhsullar istehsalçısı LVMH Moet Hennessy Louis Vuitton SA 2026-cı ildə səhmlərinin kəskin ucuzlaşması fonunda Avropanın bazar kapitallaşmasına görə 10 ən böyük şirkəti sırasını tərk edib. Bu barədə Bloomberg yazır.
Sentyabrın 15-də LVMH-nin bazar kapitallaşması 2,5% azalaraq 200 milyard avroya düşüb. İlin əvvəlindən şirkətin bazar dəyəri 37% azalıb. Nəticədə LVMH 2017-ci ildən bəri ilk dəfə Avropanın kapitallaşmasına görə ilk onluğundan çıxıb.
Bu il LVMH səhmlərinə əsas təzyiq göstərən amillər Çində istehlak tələbinin zəifləməsi və ABŞ-də idxala əlavə gömrük rüsumlarının tətbiqi ilə bağlı risklər olub.
Hələ 2023-cü ildə LVMH Avropanın ən bahalı şirkəti hesab edilirdi, şirkətin bir səhminin qiyməti isə 900 avronu ötürdü.







