-1 C
Baku
Sunday, December 15, 2024

BoE uçot dərəcəsini açıqladı

İngiltərə Mərkəzi Bankı (BoE) bu gün keçirdiyi iclasında monetar siyasətin əsas parametrlərini dəyişdirməmək qərarına gəlib.

“Bloomberg” agentliyinə istinadən, BoE uçot dərəcəsini 0,25% səviyyəsində sabit saxlayıb.

Bununla yanaşı, Bank maliyyə bazarlarından aktivlərin alınması üsulu ilə monetar genişlənmənin illik həcmini dəyişdirməyərək 435 mlrd. funt sterlinq (574 mlrd. ABŞ dolları) həcmində saxlayıb.

Qeyd edək ki, BoE-nin qərarı bazar iştirakçılarının əksəriyyətinin proqnozları ilə üst-üstə düşüb.

Lakin, investorların bir hissəsi Britaniyada inflyasiyanın avqust ayında artması fonunda BoE-nin monetar genişləmənin həcmini azaltmağa başlayacağını gözləyib. BoE-nin addımı funt sterlinqin məzənnəsini yüksəltməyə başlayıb və funt 0,6% bahalaşaraq 1,3290 USD/GBP səviyyəsinə yüksəlib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər