10 C
Baku
Thursday, December 12, 2024

“Boeing” 2.2 milyard dollar təzminat ödəyəcək

“Boeing “ şirkəti “737 Max” təyyarəsi ətrafında işin tənzimlənməsi üçün 2,5 milyard ABŞ dolları məbləğində vəsait ödəyəcək.

Bu barədə “Reuters” xəbər verir.

Şirkət, cərimə kimi ABŞ Ədliyyə Nazirliyinə 244 milyon ABŞ dolları, təzminat kimi isə müştərilərə 1,77 milyard ABŞ dolları və təyyarə qəzası qurbanları fonduna 500 milyon ABŞ dolları ödəyəcək.

Qeyd edək ki, 2018-ci ilin 29 oktyabr günü “Lion Air” şirkətinə məxsus “Boeing 737 Max” Cakarta hava limanından qaldıqdan bir qədər sonra, 2019-cu ilin 10 mart günü isə “Ethiopian Airlines”a məxsus eyni tipli təyyarə Əddis Ababadan qalxdıqdan dərhal sonra qəzaya uğramış, bu iki hadisədə bütövlükdə 346 nəfər həlak olmuşdu. Bundan sonra sözügedən tipli təyyarələrin istismarına qadağa qoyulmuşdu.

Aparılan araşdırmalar zamanı hər iki hadisənin səbəbi təyyarələrdəki yeni MCAS (Maneuvering Characteristics Augmentation System – Manevretmə Göstəricilərini Artırma Sistemi) sisteminin nasaz sensordan məlumat alaraq səhv fəaliyyəti olduğunu göstərdi.

“Boeing” tərəfindən müvafiq təkmilləşdirmə işləri görüldükdən sonra Federal Aviasiya Administrasiyası (FAA) ekspertləri 20 ay ərzində tədqiqat və yoxlama işləri aparıblar. Nəhayət, 18 noyabr tarixindən FAA yeni proqram təminatı ilə təchiz edilmiş “Boeing 737 Max”ların müntəzəm uçuşlarda istifadəsinə razılıq verdi.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər