Bu göstəriciyə görə, Airbus A320 liderlik edir. Son bir neçə ildə “Airbus” və “Boeing” arasında satışların həcmi baxımından kəskin fərq olmayıb. Boeing 737 təyyarə modeli ilə yaranmış bir sıra problemlər sayəsində, Airbus A320 dünyanın ən çox satılan təyyarəsi statusunu qazana bilib.
Xatırladaq ki, daha əvvəl Boeing 737 MAX təyyarəsinin İndoneziya və Efiopiyada qəzaya uğraması qeydə alınmışdır. Bu haqda mənbələrə istinadən “Business Insider” məlumat verib.
Nəşriyyatın qeyd etdiyi kimi, son 55 ildə dünyanın ən çox satılan təyyarəsi Boeing 737 modeli olub. İndoneziya və Efiopiyada baş vermiş hadisələrdən sonra şirkət 15 136, Airbus isə 15 193 sifariş alıb.