10 C
Baku
Sunday, May 19, 2024

“Boeing” səhmləri 737 MAX 9 ilə bağlı qalmaqaldan sonra 8% ucuzlaşıb

“Boeing” səhmləri premarket ticarətində 8%-dən çox ucuzlaşıb. Buna yanvarın 5-də 737 MAX 9 təyyarəsinin uçuş zamanı təcili çıxış qapısının qopub yerə düşməsi hadisəsi təsir göstərib. Qeyd edək ki, qapı yanvarın 8-də Portlend sakininin evinin həyətində tapılıb.

Eyni zamanda ABŞ, Avropa və Türkiyədə “Boeing” təyyarələrinin istismarı dayandırılıb. Hadisədən sonra ABŞ Federal Aviasiya Administrasiyası (FAA) “ABŞ aviaşirkətləri tərəfindən və ya ABŞ daxilində idarə olunan bəzi Boeing 737 MAX 9 təyyarələrini müvəqqəti olaraq yerə endirmək” qərarına gəlib. Yoxlamaların dünya üzrə təxminən 171 təyyarəyə təsir edəcəyi bildirilir.

Göstərildiyi kimi, bu tip təyyarələrin əksəriyyəti “American United Airlines” (79) və “Alaska Airlines” (65) tərəfindən istismar edilir. Ümumilikdə dünyada 215 dənə 737 MAX 9 uçur. Xatırladaq ki, 737 MAX 9 modeli “Boeing”in ən populyar təyyarələrindən biri və ən böyük gəlir mənbəyidir. Şirkətlə bağlı əvvəlki qalmaqallar da məhz bu modelin səbəb olduğu fəlakətlərlə əlaqəlidir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər