19 C
Baku
Thursday, April 25, 2024

“Boeing” şirkəti “737 MAX” təyyarələrinin istifadəsinin yenilənməsini tarixi açıqlayıb

ABŞ-ın aviatikinti korporasiyası “Boeing” bildirib ki, 2020-ci ilin yanvarında “737 MAX” tipli təyyarələrin ticarət üçün istifadəsinin yenilənməsini gözləyir.

Report agentliyi xəbər verir ki, bu barədə korporasiyanın saytında yerləşdirilmiş press-relizdə bildirilir.

Qeyd edilir ki, “Boeing” ABŞ-ın Federal Aviasiya İdarəsindən “737 MAX” tipli təyyarələrin ticarət istifadəsi üçün sertifikatlaşdırılmanın alınması üzrə işini davam etdirir.

Şirkətdə həmçinin bildiriblər ki, indi əməkdaşlar təyyarənin bu tipli pilotlarının təlimi üzrə yeni tələblərin son razılığının təsdiq edilməsi üzərində işləyirlər.

“Bütün dəqiq yoxlamaları diqqətə alaraq əminik ki, MAX təyyarəsi tarixdə ən təhlükəsizlərdən biri olacaq”, – xəbərdə deyilir.

Daha əvvəl bildirilib ki, “American Airlines” aviaşirkəti “Boeing 737 MAX” təyyarələrinin istismarına qadağanın müddətini 2020-ci ilin 5 martına qədər uzadıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər