6 C
Baku
Sunday, December 15, 2024

“Boeing”in səhmləri yenidən ucuzlaşıb

Amerikanın “Boeing” aerokosmik korporasiyanın səhmləri NASDAQ birjasında 4,03% azalıb.

Buna səbəb “737 MAX” təyyarələrinin yenidən istismara qaytarılmasının gecikməsidir.

Səhmlərin azalması şirkətin əsas tədarükçülərində də müşahidə olunur. Belə ki, “General Electric” və “Spirit AeroSystems” şirkətlərinin səhmləri müvafiq olaraq 1,1% və 3,2% azalıb.

Daha əvvəl “Boeing”in “737 MAX” təyyarəsinin istehsalını dayandıracağı barədə məlumat yayılmışdı.

Xatırladaq ki, “737 MAX”ın üzləşdiyi iki qəza nəticəsində 346 nəfər dünyasını dəyişib. 2018-ci ilin oktyabrında İndoneziyada “Lion Air” şirkətinin təyyarəsi qəzaya uğrayıb, martda “Ethiopian Air” onlarla insanın ölümünə səbəb olub.

©Report

Son xəbərlər
Digər xəbərlər