7 C
Baku
Sunday, December 15, 2024

Böhrandan çıxışın konstruktiv üsulları

Böhran insanın öyrəşdiyi hər hansı yaşayış formasının itməsini bildirir və bu zaman onun üçün hələ məlum olmayan yeni yaşayış formasına keçmək imkanı meydana çıxır.

Böhranların uğurla aradan qaldırılması sistemə çevrilərək, tədricən müəyyən şəxsi keyfiyyətlərin formalaşmasına, insanın xüsusi həyat ideologiyasının meydana çıxmasına, bir növ qalib ssenarisinin yaranmasına gətirib çıxarır. Böhranlardan uğurlu çıxış təcrübəsini toplayaraq, insan özünə və şəraitə qalib gələrək yaşamağı öyrənir. Əgər insan şəraiti idarə edirsə, böhranı doğuran problemdən azad olur və bu problemin yaşanması onu daha mükəmməl, psixoloji cəhətdən adekvat və inteqral edir.

Hər bir insanın həyat yolu, onun şəxsiyyət kimi inkişafı potensialların əvəzlənməsi və özünü təzahüretmə formaları ilə müşayiət olunur. Böhran həyəcanı həmişə gərginlik və həyəcan doğurur, özündə stress və qeyri-müəyyənlik ehtiva edir. Böhran insanın vərdiş etdiyi hər hansı mövcud yaşayış formasının itməsini bildirir və onun üçün hələlik məlum olmayan yeni yaşayış formasına keçmək imkanı yaradır.

Əgər biz yaş böhranlarını nəzərdə tuturuqsa, onlar bir inkişaf mərhələsinin başa çatmasını və başqa mərhələnin başlanğıcını göstərir. və belə dövrlər onunla səciyyələnir ki, köhnə ölüb edir, əvvəlcə aktual və mühüm olanın çoxu indi itir. Keçid dövrü zamanı şəxsiyyətin pozitiv dəyişməsi baş verir ki, bu da keçmiş təcrübədən yalnız yeni nə isə əldə etmək üçün lazım olanı götürür və yeni xassə və xüsusiyyətlər  inkişafını tələb edən tamamilə yeni situasiyaya uyğunlaşır.

Daxili böhran xarici münaqişələrlə müşayiət oluna bilər, lakin münaqişəli inkişafın aradan qaldırılması yeni vasitələrə yiyələnməkdən keçir, yeni həyat sferalarının mənimsənilməsi, imkanların genişlənməsi meydana çıxır. Əgər yeni tələbat xarici sosial tələblər tərəfindən boğularsa, böhran bu zaman kəskinləşə və uzana bilər. Böhrandan çıxışın necə – konstruktiv və ya dekonstruktiv olacağını müəyyən etmək üçün aşağıdakı sxem üzrə böhran situasiyasını təhlil etmək zəruridir:

1.  Böhranın məzmunu, yəni böhranın nə cür olması: itkilər böhranı, yaş böhranı, bioqrafik böhran, taleyüklü dəyərlərin itkisi və s.

2.   Böhrana münasibət:

  • ·     böhranın həllinə yönəmlilik;
  • ·     özü-özünə kömək və kənardan yardıma motivasiyanın olmaması.

3. Böhranın uzunluğu və inkişaf müddəti. Böhranın vəziyyəti intellektual və emosional sahələrdə baş verən özünüdərk işinin gələcək inkişafını işə salır, münaqişənin həlli isə şəxsiyyətin inkişafının kəskin formasını göstərir. Lakin, digər tərəfdən, böhran əsəb pozğunluqlarına səbəb ola bilər. İnsanın inkişafı problem və onun həlli hüdudlarında tsiklik hərəkət kimi nəzərdən keçirilə bilər

Beləliklə, çətinlik meydana gəlir, problem əvvəlki fəaliyyət üsullarının pozulmasına səbəb olur, gərginlik yaranır, problemin həllinin köhnə üsullarının yoxlanılması gedir, əgər onlar adaptiv deyilsə, gərginlik güclənir, sonra isə problemin dərki, xarici və daxili resursların cəlb edilməsi baş verir ki, bunun da nəticəsi aşağıdakılar olur:

  • · problemin yenidən dürüstləşdirilməsi və vəziyyətdən çıxış;
  • · vəziyyətin mümkün yollarla həllinin qeyri-mümkün olması və sistemin növbəti pozuntusu, problemin həllindən uzaqlaşma və ya destruktiv çıxış.

Problem – konkret şəraitdə insanın həmin an üçün topladığı bilik və təcrübədən istifadə etməklə mövcud çətinliklərin və ziddiyyətlərin  həllinin qeyri-mümkün olduğunun dərk edilməsidir. Ona görə də, böhranın səbəbini, dayaq nöqtəsini tapmaq və şəraiti olduğu kimi qəbul eləmək üçün kənardan bilik və təcrübəyə tələbat yaranır.

Situativ inkişaf edən böhran aşağıdakı mərhələlərə malikdir:

  • · həyəcan, gərginlik, narahatlıq;
  • · narahatlığa reaksiya;
  • · böhranın nəticəsi.

İnkişaf edən böhran dönüş anıdır, yüksək gərginlik, həyəcan, hətta qarmaqarışıqlıq vəziyyətindən bir tərəfdən, bu vəziyətin aradan qaldırılmasına, digər  tərəfdən isə,  lazımi nəticənin əldə edilməsinə keçid deməkdir. Böhranların uğurla aradan qaldırılması sistemə çevrilərək, tədricən müəyyən şəxsi keyfiyyətlərin formalaşmasına, insanın xüsusi həyat ideologiyasının meydana çıxmasına, bir növ qalib ssenarisinin yaranmasına gətirib çıxarır. Böhranlardan uğurlu çıxış təcrübəsini toplayaraq, insan özünə və şəraitə qalib gələrək yaşamağı öyrənir.
Kəskin böhran vəziyyətində olan insana necə kömək etməli?

1. Birinci, böhran yardımı  mərhələsində o şəxsi dinləmək lazımdır. Əsas diqqəti dinləmə texnikasına ayırmaq lazımdır, insana səbrlə, dərdinə şərik kimi qulaq asmaq, heç bir yolla sözünü kəsmədən, tənqid etmədən, hətta həmrəyliklə də yox, yalnız bildirməklə ki, siz ona qulaq asırsınız. İnsan öz problemlərindən danışarkən emosional gərginliyinin azalması müşahidə olunur, hətta emosional boşalma baş verə bilər.

2.Sonra böhrandan çıxmağın mümkün variantlarını, yəni böhran vaxtı insanın hansı hərəkət strategiyasını seçəcəyini araşdırmaq lazımdır.

3.Növbəti mərhələ – böhran vəziyyətindən çıxmanın əvvəllər məlum olmayan üsullarını demək və sınaqdan keçirmək. Bu zaman özünütəhlil və özünümüşahidə vərdişlərinə böyük diqqət yetirmək lazımdır. Və böhran vəziyyətindən çıxış planının qəbul edilməsi zamanı kömək və yardım üçün yeni insanların olması zəruridir. İnsan böhranda məhdud şəxsiyyət resurslarına malik olur, ona görə də onun yanında artıq belə böhrandan çıxmış və həyat təcrübəsi ilə bölüşən insan, və ya özünün peşəkar və ya şəxsi xüsusiyyətləri ilə psixoloji kömək və dəstək ola biləcək insan olmalıdır.

İnsan böhran zamanı özü özü ilə, müəyyən əsəb sarsıntısı ilə qarşılaşmış və onları aradan qaldırmışsa, deməli, o onları yeni resurs və yaşayış dəyərlərinə çevirməyi bacarmışdır. Bir sıra tədqiqatlar zamanı göstərilmişdir ki, böhranlara düşmənin səmərəliliyi nəinki onların qarşısının alınması tezliyi ilə, daha çox özünün həyəcanlarının daxili işlənməsinin dərinliyi, insanın artımı və inkişafı, böhranın ekzistensial kontekstinin dərki üçün meydana çıxmış problemin istifadə imkanları ilə müəyyən edilir.

Əgər insan vəziyyəti idarə edirsə, böhranı doğuran problemdən də azad olur və bu problemin yaşanması onun şəxsiyyətini daha mükəmməl, psixoloji cəhətdən adekvat və inteqral edir. Böhranların aradan qaldırılmasının bütün destruktiv strategiyalarının ümumi əlaməti öz problemi ilə faktiki olaraq arzulamaması və işləmək qabiliyyətinin olmaması olmuşdur. İnsan qərar qəbul etməyə hazır deyil və bunu istəmir, onlar üçün üzərinə məsuliyyət götürmək istəmir, nəticələrdən qorxur və ona görə də gözləyir ki, hər şey birtəhər öz-özlüyündə düzələr. Lakin tədricən insanda həll etmədiyi problemlərin mənfi təcrübəsi yığılır və bu, daha dərin, uzadılmış və ağır şəxsiyyət böhranına gətirir və bu da nevrotik vəziyyətə, nevroza keçə bilər, şəxsiyyəti üçün daha destruktiv nəticələr verə bilər. Şəxsi münaqişələrin və böhranların konstruktiv aradan qaldırılması reallığın başa düşülməsini, yaranmış vəziyyətin təhlilini, başlıca və ikinci dərəcəli olanları fərqləndirməyi, əsas tərkib hissələri ayırmağı nəzərdə tutur. Meydana çıxan problemləri mərhələlərlə həll etmək. Bu halda yaşayış böhranı həyat yolunun dönüş nöqtəsi olub insan şəxsiyyətinin yeni inkişaf zirvələrinə gətirib çıxarır.

Beləliklə, həyat böhranı şəxsin həyatını ali, aktual formada, daxilində dərin qarşıdurmanın dərki və bu qarşıdurmadan bundan çıxmanı bildirir ki, bu da insanın bütün fiziki, psixi,  intellektual və mənəvi qüvvəsinin cəmləşdirilməsini tələb edir. Və belə çıxış insanın inkişafında yeni durumlara gətirir.

Son xəbərlər
Digər xəbərlər