Azərbaycanda fəaliyyət göstərən “Viza Kredit BOKT” MMC-nin cəmi aktivləri 2018-ci il ərzində “əriyərək” 2 milyon manatdan 983 min manata düşüb.
Bankeraz xəbər verir ki, bu barədə BOKT-un 2018-ci il üzrə maliyyə hesabatında deyilir.
Cəmi aktivlərinin 876 min manatı kredit portfeli təşkil edib ki, bu da illik 2 dəfə kiçilmə olması deməkdir.
BOKT-un cəmi öhdəlikləri hesabat dövrünün sonuna 1,01 mln. manat təşkil edib, bunun da, 967 min manatı maliyyə insitutları və banklara olan borclardır.
“Viza Kredit” 2018-ci il ərzdinə 122 min manat faiz gəliri, 128 min manat faiz xərci və 548 min manatlıq problemli kreditlər səbəbindən ehtoyyatlara ayırma edib və ehtiyyatlara ayırmalardan sonra xalis faiz xərci 555 min manata qalxıb.
Digər əməliyyat xərclərindən sonra Kredit Təşkilatının zərəri 850 min manata qalxıb. Bu 2017-ci ildə 640 min mnatlıq zərər idi.
Bu zərərdən sonra cəmi kapitalı mənfi ilə 22,8 min manata düşüb. Bildirək ki, bu rəqəm ötən il 292,76 min manat idi və nizamnamə kapitalının kəskin artırılması hesabına bu azalma baş verib. 2018-ci ilin əvvəli BOKT-un nizamnamə kapitalı cəmi 350 min manat təşkil edirdi.
Xatırladaq ki, “Vizion Kredit”in nizamnamə kapitalı 1,47 mln. manat olmaqla iki fiziki şəxsin payı var. Burada səhmdarlar 88,10 Ceyhun Mehdizadə və 11,90 % ilə isə Yaşar Məmmədovun payı var.
“Viza Kredit” BOKT MMC-nin ümumilikdə 7 ofisi vardır. Bakı şəhərində Baş ofis, Mərkəz və Xalqlar filialı, regionlarımızda isə Lənkəran, Şirvan, Ağdaş filiaları, həmçinin Oğuz nümayəndəliyi fəaliyyət göstərir.