7 C
Baku
Thursday, December 12, 2024

BOKT banklarla işləməyi ağır sayır: “Əvvəllər manatla 14%-lə kredit götürürdək, indi 20% təklif edirlər”

Gəncə şəhərində fəaliyyət göstərən “Viator Mikro Maliyyə Azərbaycan” bank olmayan kredit təşkilatı (BOKT) fəaliyyətini aktivləşdirmək üçün kənardan maliyyə vəsaiti cəlb etməyə hazırlaşır. Banker.az bildirir ki, bu barədə mənbəyə* BOKT-dan bildirib.

BOKT-dan verilən məlumata görə, təşkilat yerli qurumlarla – banklarla işləməyə cəhd edib. Amma təklif edilən şərtlər ağır olub.

“Əvvəllər işlədiyimiz bankların şərtləri bizə ağır oldu. Əvvəllər manatla illik 14%-lə kredit götürürdək, indi isə 20% təklif etdilər, götürmədik”.

Banklarla aparılan danışıqlarla paralel olaraq şirkət qiymətli kağızlar bazarından da vəsait cəlb etməyə çalışıb. Amma borc verəcək şirkətlər “Viator”un 2017-ci ildəki maliyə göstəricilərindən razı qalmayıblar: “2017-ci ili zərərlə başa vurduğumuza görə, bizim kağızları riskli saydılar”.

Şirkət vəziyyətdən çıxmaq üçün istiqraz buraxmağı qərara alıb. İnvestisiya şirkətlərindən biri ilə danışıqlar aparan “Viator” ilkin olaraq kiçik məbləğdə – 200-300 min manatlıq istiqraz buraxmağı planlaşdırır. Məqsəd şirkətin kredit tarixçəsini “təmizləmək”, yəni etibarlı borclu reputasiyasını bərpa etməkdir. İstiqraz buraxılanda regiondakı faiz dərəcələri və bazardakı vəziyət də nəzərə alınacaq.

Hazırda bazarda bir sıra şirkətlərin 10+ %-lə istiqraz buraxdığını nəzərə aldıqda “Viator”da istiqrazların gəlirliyinin illik 14-15% olması planlaşdırılır. Yaxın vaxtlarda şirkətin rəhbərliyinin bununla bağlı qərar verməsi gözlənilir.

Xatırladaq ki, Viator-un nizamnamə kapitalı hazırda 693 774 manatdır. Kapitalda yeganə pay sahibi Norveç Krallığına məxsus “Viator AS”-dir.

MənbəFed.az
Son xəbərlər
Digər xəbərlər