®BOKT 28.09.2004-cü il tarixində Mərkəzi Bankın 164-QB nömrəli lisenziyasına əsasən fəaliyyətə başlamışdır. Bu illər ərzində BOKT “Caspian İnvest” MMC-nin regionlarda, xüsusi ilə Qarabağ bölgəsində kiçik və orta sahibkarlığın inkişafına dəstək üçün kreditlər ayırmışdır. 2023-cü ilin noyabr ayından etibarən BOKT “Caspian İnvest” MMC-nin təsisçilər və rəhbərliyin dəyişilməsi ilə şirkətdə köklü struktur dəyişikliyi edilmiş və yeni strateji planlamalar hazırlanmışdır. Şirkət önünə qoyduğu məqsədlərdən birinidə həyata keçirdərək 12 Mart 2024-cü il tarixində BOKT-un Tovuz şəhərində yerləşən filialı “Tovuz” filialının açılışını etmişdir. Hal-hazırda BOKT-un “Ağdam”, “Füzuli”, “Siyəzən”, “Xaçmaz” və “Binəqədi” rayonlarında yerləşən filiallarında öz peşəkar komandası ilə müştərilərin xidmətindədir.
BOKT “Caspian İnvest” MMC daim müstəri məmnunluğunu təmin etməyə va xidmət keyfiyyətini artırmağa böyük diqqət ayırır. BOKT “Caspian İnvest” MMC tərəfindən təmin olunan məhsul növlərinə Biznes kreditləri, Lizinq kreditləri, İstehlak kreditləri və Qızıl təminatlı kreditlər daxildir.
BOKT “Caspian İnvest” MMC-nin İdarə Heyətinin Sədri İbrahim Salmanov Elşən oğlu bildirib: “Növbəti strateji dövrdə BOKT “Caspian İnvest” MMC sahibkarlığa dəstək məqsədi ilə biznes, mikro kreditlərinin payını artırmağı hədəfləyərək daha sərfəli şərtlərlə müştərilərə xidmət göstəriləcəyini bildirmişdir”.
Şirkət keçdiyi yola və qarşısındakı gələcəyinə nəzər yetirərək yeni filial açılışını minnətdarlıq hissi ilə qeyd edir və qarşıda duran iddialı məqsədlərinə doğru irəliləməyi səbirsizliklə gözləyir.