8 sentyabr, 2018-ci il tarixində Bakı Fond Birjasında “BOKT Embafinans” MMC-nin AZ2001020604 ISIN-li, 2. 000. 000 mln AZN həcmində, 1 il (365 gün) tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Bu barədə Banker.az-a Bakı Fond Birjasından məlumat daxil olub.
Hər birinin nominal dəyəri 1 000 manat olan 2 000 ədəd faizli, təminatsız, sənədsiz adlı istiqrazlar birqiymətli hərrac üsulu ilə ticarəti təşkil olunacaq. İstiqrazların faiz dərəcəsi illik 10.5% olmaqla, yerləşdiyi tarixdən etibarən dövri olaraq hər 1 təqvim ayından bir ödəniləcəkdir.
İstiqrazların baza emissiya prospektini Bakı Fond Birjasının veb səhifəsində “Listinqdə olan şirkətlər” bölməsindən əldə edə bilmək olar. İstiqrazların yerləşdirməsi üzrə anderrayter “AzFinance İŞ” QSC-dir.
Niyə özləri kredit cəlb etmir?
Ümumiyyətlə son illərdə BOKT-lar istiqraz ilə maliyyə cəlbini üstün sayır nəinki banklardan kredit cəlb etməyi. Təsadüf deyil ki, ötən günlərdə mətbuatda Gəncədə fəaliyyət göstərən Norveç kapitallı “Viator” BOKT açıqlama verərək əsas səbəb kimi banklardan hazırki şəraitə görə kredit cəlb olunması sərfəli deyil və faizin yüksək olmasını göz önünə çəkirlər. “Viator” təmsilçisi ondansa istiqraz buraxmaqla maliyyə vəsaiti əldə etməyi planlayırlar.
Hazırda da “BOKT Embafinans” 2 mln. manatı bu yolla cəlb etməyi planlayır.
“BOKT Embafinans”nın saytına nəzər yetirdik də görünürkü kreditlərin faiz dərəcələri 34%-ə kimidir.
Məlumat üçün bir faktı qeyd edək ki, bu BOKT-da gəlirlər azalıb. Son üç ilin hesabatına istinad etsək görərik ki, 2015-cı ildə kreditlərdən gəliri 7,9 mln. manat, 2016-cı ildə 4,69 mln. manat və nəhayət ötən ilin sonunda 4,38 mln. manata düşüb. 2016-ı ildə 1,08 mln. manat xalis mənfəət əldə etdiyi halda ötən ilin sonu 569 min manat xalis mənfəət əldə edib.
BOKT-un ötən ilin sonuna olan göstəricisinə görə 9,1 mln. manat öhdəliyo var və bunun da 7,3 mln manatı banklardan cəlb etdiyi kreditlərdir.
Hazırda “Embafinans”ın cəmi aktivləri 22,04 mln. manat əşkil edir ki, bununda cəmi 15 mln. manatı müştərilərə verilmiş kreditdir.