6 C
Baku
Sunday, December 15, 2024

BOKT “Falcon Finance” 700 min manat borc cəlb edir

27 fevral 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “Falcon Finance” MMC -nin ümumi dəyəri 700,000 (yeddi yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

13 aprel 2023-cü il tarixində Bakı Fond Birjasında BOKT “Falcon Finance” MMC -nin ümumi dəyəri 700,000 (yeddi yüz min) manat olan istiqrazlarının yerləşdirilməsi  birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

Yerləşdirmə üzrə anderrayter “PSG-Kapital İnvestisiya Şirkəti” ASC-dir

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN İstiqrazların növü və forması İstiqrazların sayı Nominal Dəyəri İllik faiz dərəcəsi Tədavül müddəti  

 

Hərrac

tarixi

Kupon faizlərinin ödəniş müddəti
AZ2001025322 Faizli təmin edilməmiş sənədsiz adlı 700

(ədəd)

1,000 manat 14 % 1 təqvim ili  

.

13.04.2023

Hər 30 təqvim günündən bir

 

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.

 

Son xəbərlər
Digər xəbərlər